Əfsanədən Ukraynaya tövsiyə: Bu təşkilatı məhkəməyə verin
Çexiya xokkeyinin əfsanəsi Dominik Qaşek bildirib ki, ukraynalı tennisçilər Rusiya idmançılarının yarışlarda iştirakına görə Qadın Tennis Assosiasiyasını (WTA) məhkəməyə verməlidirlər.
Aut.az xəbər verir ki, Qaşek bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
“Ən kədərlisi odur ki, WTA heç vaxt Rusiyanın işğalçı müharibəsini rəsmi şəkildə pisləməyən rus tennisçilərin matçlarda iştirakına icazə verməkdə davam edir. .
Bütün ukraynalı idmançıların Rusiya vətəndaşlarına qarşı yarışması böyük travma sayılmalıdır. Ukraynalı idmançılar bu təşkilatı məhkəməyə verməlidirlər və inanıram ki, onlara böyük psixoloji ziyana görə yüz milyonlarla avro kompensasiya veriləcək”, – Qaşek bildirib.
Aut.az
