Çempionlar Liqası

Mourinyo “İnter”in ÇL-i qazanmasını istəmir? – Düzünü deyəcəm…

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının finalı ərəfəsində “İnter”in nəticələri ilə bağlı zarafat edib.

Aut.az xəbər verir ki, o, sabiq komandasının mayın 31-də baş tutacaq PSJ ilə həlledici qarşılaşması barədə bunları deyib:

“İndi bir az kobud səslənsə də, düzünü deyəcəm. Narahat idim ki, onlar trebl qazana bilər və istəmirdim ki, bunu qazansınlar, çünki trebl mənimdir! Amma indi çempionluğu və İtaliya Kubokunu uduzduqlarına görə, məmnuniyyətlə onların Çempionlar Liqasını qazanmasını istəyərdim”.

62 yaşlı mütəxəssis həmçinin PSJ-nin baş məşqçisi Luis Enrikenin də əla iş gördüyünü və onun üçün də sevinəcəyini bildirib.

Xatırladaq ki, Mourinyo 2008–2010-cu illərdə “İnter”ə başçılıq edib. Onun rəhbərliyi ilə komanda 2009/10 mövsümündə İtaliya çempionu və kubokunun sahibi olub, həmçinin Çempionlar Liqasını da əldə edib.

Aut.az