“Araz-Naxçıvan”dan 22 qollu qələbə
Bu gün futzal üzrə Yüksək Liqada XX turun oyunları keçirilib.
Aut.az xəbər verir ki, bununla da çempionatda 2024-25-ci illər mövsümünə yekun vurulub.
Son turda ilk qələbəni “Şuşa” qazanıb. “Yasamal Bakı” isə mövsümü xal qazanmadan başa vurub. Çempion “Araz-Naxçıvan” isə darmadağınla qələbə qazanıb.
Yüksək Liqa, XX tur
Şuşa – Yasamal Bakı (3:2) 10:4
Araz-Naxçıvan – U-19 (6:1) 22:1
Baku Fire – Neftçi İK (1:1) 2:1
