Dünya cempionatı

Monteneqro 1/4 finalda

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin növbəti matçı keçirilib.

Aut.az xəbər verir ki, Milli Gimnastika Arenasında Monteneqro yığması Polşa ilə üz-üzə gəlib.

Qarşılşama Monteneqro komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.