DÇ: Azərbaycan millisi dünya çempionunu yenib 1/4 finala yüksəldi
Azərbaycan millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün növbəti oyununa çıxıb.
Aut.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda mundialın son qalibi Rumıniya ilə qarşılaşıb.
Millimizin üstünlüyü şəraitində keçən görüşün əsas vaxtı 1:1 nəticələnib. Hesabı rəqib erkən açsa da, 33-cü dəqiqədə Ramiz Çovdarov tarazlığı bərpa edib. Qalan dəqiqələrdə başqa qol olmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Standart zərbələri daha dəqiq yerinə yetirən (2:1) millimiz 1/4-ə adlayıb.
Millimiz 1/4-də İngiltərə seçməsi ilə qarşılaşacaq.
Dünya çempionatı
1/8 final
27 may
Azərbaycan – Rumıniya 1:1, penalti seriyası – 2:1
Qollar: Ramiz Çovdarov, 33 – Marius Robu, 13.
