Heç vaxt belə məyus ola bilməzdim: Klopp “Liverpul” azarkeşlərindən niyə küsüb?
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp Alexander-Arnoldun azarkeşlər tərəfindən fitə basılmasına reaksiya verib.
Aut.az xəbər verir ki, Kloppun sözlərini ESPN sitat gətirib.
“Hheç kimə öz fikrimi yükləyib demək istəmirəm ki, mən haqlıyam, başqası haqsızdır. Mən demirəm ki, məyus olmağa haqqın yoxdur, amma bu futbolçunun klub üçün nələr etdiyini xatırlamalısan.
“Arsenal”la oyuna baxarkən fit səsi eşitdim və əvvəlcə televizorumda nəsə səhv olduğunu düşündüm. Hər şeyi başa düşmək üçün mənə daha on saniyə lazım oldu.
Belə heç vaxt məyus ola bilməzdim. O, hər gün bu emblem üçün varlığını verirdi. Bir klubda 20 il işlədikdən sonra fərqli bir şey sınamaq qərarına gəldi, – Klopp deyib.
Xatırladaq ki, müdafiəçi “qırmızılar”ın akademiyasına 2004-cü ildə qoşulub. Futbolçu əsas komandada 2016/17 mövsümündə, yəni 18 yaşında debüt edib. Bu müddət ərzində Alexander-Arnold klub üçün bütün turnirlərdə 352 oyun keçirib, 23 qol vurub.
Aut.az
