UEFA “Tottenhem”dən üzr istədi
UEFA Avropa Liqasının finalından sonra yaşanan insidentə görə “Tottenhem”dən üzr istəyib.
Yada salaq ki, mükafatlandırma mərasimi zamanı medallar çatmamışdı və “Spurs”un kapitanı Son Hın Min və London komandasının digər iki oyunçusu medalsız qalmışdı.
“Təəssüf ki, mükafatlandırma mərasimi zamanı oyunçuların sayındakı gözlənilməz uyğunsuzluğa görə səhnədə təqdim etmək üçün kifayət qədər medalımız olmadı. Medallar dərhal paltardəyişmə otağında qalib komandaya çatdırıldı və insidentə görə üzr istəyirik”, – deyə “Reuters” UEFA-nın mətbuat xidmətinin adını açıqlamayan nümayəndəsindən sitat gətirib.
“Tottenhem” Avropa Liqasının finalında “Mançester Yunayted”i məğlub edib – 1:0.
Aut.az
