Digər

10 yaşlı idmançı məşq zamanı öldü

Dağıstanın Babayurt rayonundan olan 10 yaşlı uşağın sərbəst güləş məşqindən sonra ürəyi dayanıb.

Aut.az xəbər verir ki, bu barədə Dağıstanın İdman Nazirliyi Telegram kanalında məlumat yayıb .

İdmançı məşq zamanı özünü pis hiss edib. Uşaq Mahaçqaladakı xəstəxanaya aparılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Öz növbəsində, “Mash” Telegram kanalı uşağın ürəyində problem olduğunu yazır . Müayinə zamanı həkimlər onun valideynlərinin bilmədiyi ağır xəstəlikdən əziyyət çəkdiyini aşkar ediblər.

Aut.az