Gənc karateçimiz Avropa çempionu oldu
Gənc karateçimiz Avropa çempionu oldu
Aut.az xəbər verir ki, 15 – 18 may 2025-ci il tarixlərində Rumıniyanın Mureş şəhərində keçirilən şotakan karate-do üzrə Avropa çempionatında 45 kg çəki dərəcəsində mübarizə aparan Elşən Allahverdi qızıl medal qazanıb.
Qeyd edək ki, idmançımız Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rafael Məmmədovun yetirməsidir.

