FİFA rəsmən açıqladı: KDÇ-dən əvvəl transfer pəncərəsi olacaq?
FIFA 2025-ci ildə ABŞ-da keçiriləcək klublararası dünya çempionatının iştirakçıları üçün əlavə transfer pəncərəsini təsdiqləyib.
Aut.az xəbər verir ki, turnirdə təmsil olunacaq klubların aid olduğu 20 milli futbol assosiasiyasının hamısı bu qısa transfer dövrünün açılmasına razılıq verib.
Transfer pəncərəsi 1–10 iyun tarixlərini əhatə edəcək. Bu müddət ərzində turnir iştirakçıları heyətdə dəyişiklik edə və yeni oyunçuları rəsmi şəkildə sifariş edə biləcəklər.
Xatırladaq ki, klublararası dünya çempionatı 2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək və ilk dəfə 32 komandanın iştirakı ilə genişləndirilmiş formatda baş tutacaq. Bu, tarixdə ilk dəfə belə miqyaslı klub turniri olacaq.
Aut.az
