Digər

Bakıda keçirilən DÇ-də biabırçılıq: Bu ölkənin himninin əvəzinə Ukrayna himni səsləndi – VİDEO

Bakıda keçirilən mini-futbol üzrə dünya çempionatında Monteneqro – Tailand matçının təntənəli hissəsində gözlənilməz hadisə baş verib.

Aut.az xəbər verir ki, Tailandın dövlət himni əvəzinə Ukrayna himni səslənib.

Maraqlıdır ki, Tailand yığmasının oyunçuları tamamilə sakit qalıblar və heç bir emosiya və ya hiddət nümayiş etdirmədən himni dinləyiblər.

Bununla belə, turnirin təşkilatçıları hələlik insidentlə bağlı rəsmi açıqlama verməyiblər, lakin internet istifadəçiləri artıq bu səhvi aktiv şəkildə müzakirə edirlər.

Aut.az