“Sumqayıt”ın legionerinə milli dəvət
“Sumqayıt”ın yarımmüdafiəçisi Ronaldo Vaskes Dominikan millisinə dəvət alıb.
Aut.az xəbər verir ki, 26 yaşlı futbolçu iyunda keçiriləcək rəsmi oyunlarda yığmanın düşərgəsində yer alacaq.
Dominikan millisi iyunda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 4 oyuna çıxacaq. Komanda iyunun 5-də səfərdə Qvatemala, evdə Dominika ilə, ayın 14-də və 18-də isə ABŞ-da müvafiq olaraq Meksika və Kosta Rika ilə qarşılaşacaq.
