Azərbaycan futbolu

“Neftçi”nin şikayəti təmin edilmədi

AFFA Azərbaycanın 2 komandası ilə bağlı qərarlarını açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.

Aprelin 4-də baş tutan “Neftçi” – “Şuşa” matçında meydan sahiblərinin oyunçusu Emil Həsənzadənin oyunun 34-cü dəqiqəsində təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.

Apellyasiya və Arbitraj Tribunalı həmçinin  “Şəfa”nın futbolçusu Ebru Əmirova barəsində verilən qərardan şikayəti də təmin etməyib. AFFA U-15 Qızlar liqasının 1/4 final mərhələsində keçirilmiş “Şəfa” – “Ümid” oyununun 36-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Ebru Əmirovanın rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq oyundan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılması barədə AFFA İntizam Komitəsinin qərarı qüvvədə saxlanılıb.