Görün “Ayaks” kimi qaytarır
“Ayaks” Erik ten Haqın baş məşqçi postuna qayıtmasını düşünür.
Aut.az xəbər verir ki, jurnalist Florian Plettenberqin sözlərinə görə, Amsterdam klubu Françesko Fariolinin klubu tərk etmək qərarından sonra ten Haqı dəvət etməyi ciddi şəkildə düşünür.
Xatırladaq ki, ten Haq 2017-2022-ci illərdə “Ayaks”a rəhbərlik edib. Onun rəhbərliyi altında klub 6 kubok qazanaraq iki dəfə çempion olub.
Eyni zamanda, “Mançester Yunayted”in keçmiş baş məşqçisi “Bayer”in baş məşqçisi postuna da namizədlər siyahısındadır.
Aut.az
