Bəhluldan çempionluq şərhi: Uğurumuzu məhz bu amilə bağlayıram
“Hər çempionluğun öz hekayəsi olur. Bu uğurun arxasında böyük zəhmət var. Uğurumuzu məhz bu amilə bağlayıram”.
Bu sözləri Aut.az-a açıqlamasında “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Ağdam klubunun çempionluğunu şərh edərkən deyib. O, Avropa Liqasındakı uğursuzluqdan sonra çempionata böyük diqqət ayırdıqlarını bildirib:
“Avropa Liqasında uğursuz olsaq da, bütün diqqətimizi çempionluğa yönəltdik və istəyimizə çatdıq. Bunun fonunda avrokuboklarda məqsədimiz maksimum uğur qazanmaq olacaq.
O, bundan sonra diqqətlərini ölkə kubokunun finalına yönəldəcəklərini deyib:
“Çempionluğu artıq qeyd etmişik. Bundan sonra ölkə kubokunun finalı var. Həmişəki kimi məqsədimiz qalib olmaqdır. Ümid edirəm ki, buna nail olacağıq və hər iki uğuru qeyd edəcəyik”.
Aut.az
