Formula 1

Formula 1-də ağır qəza: “Red Bull”un avtomobili belə çevrildi – VİDEO

Emili Romani Qran Prisində “Red Bull” komandasının pilotu Yuki Tsunoda qəzaya uğrayıb.

Aut.az xəbər verir ki, qəza İmolada trekdə sıralama mərhələsinin başlanğıcında baş verib. Altıncı döngədə yapon sürücü idarəetməni itirib və yüksək sürətlə maneəyə çırpılıb.

Zərbə o qədər güclü olub ki, avtomobil aşıb və ciddi ziyan dəyib.

Tsunoda avtomobili özbaşına tərk etməyi bacarıb və sessiya qırmızı bayraqla dayandırılıb.

“Red Bull” daha sonra sürücünün həkimlər tərəfindən müayinə olunduğunu və tibb mərkəzini tərk etdiyini bildirib.