Azərbaycanın gənc taekvondoçuları 3 medal qazandılar
Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən G3 kateqoriyalı “Prezident Kuboku”nda 3 medal qazanıblar.
Aut.az xəbər verir ki, Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.
