Azərbaycan futbolu

“Ayın qolu” layihəsinin qalibi mükafatlandırıldı

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində aprel ayının ən yaxşı qolunun müəllifi olan İbrahim Əliyev mükafatlandırılıb.

Aut.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

MOİK-in futbolçusuna mükafatı XXVI turun MOİK – “Mingəçevir” qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.