Məşhur qrossmeyster öldü
Qrossmeyster Vlastimil Hort 82 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə Çexiya Şahmat Federasiyası məlumat yayıb.
Vlastimil Kladnoda anadan olub və uşaqlıqdan qeyri-adi şahmat istedadı və bacarığı nümayiş etdirib. O, Çexiyanı Şahmat Olimpiadasında təmsil etmək üçün ilk dəvətini 1960-cı ildə on altı yaşında alıb. 1965-ci ildə qrossmeyster olub.
O, altı dəfə Çexoslovakiya çempionu, üç dəfə Almaniya çempionu olub. 1970-ci illərdə dünyanın ən güclü oyunçuları sırasında qərarlaşıb.
1985-ci ildə Almaniya Federativ Respublikasına mühacirət edib və burada karyerasını daha da inkişaf etdirib. 1990-cı illərdə o, şahmat verilişinin şərhçisi və teleaparıcısı işləyib, bu idman növü ilə bağlı bir neçə kitab da nəşr etdirib.
Aut.az
