Azərbaycan futbolu

“Şahdağ Qusar” – “Qusar” 3:1 – VİDEO

Futbol üzrə Azərbaycan 2-ci Liqasında 25-ci turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, “Şahdağ Qusar” şəhərin daha bir təmsilçisi “Qusar”ı 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, lider “Şahdağ Qusar” sona 1 tur qalmış 71 xalla 2-ci pillədəki “Şəfa”dan 3 xal irəlidədir. Çempionun adına son tur aydınlıq gələcək. “Qusar” isə 27 xalla 9-cu pillədə qərarlaşıb.

“Şahdağ Qusar” – “Qusar” 3:1
Qollar: 
S.Qurbanov, 22, X.Sadıxov, 74, K.Mirzəliyev, 90+4 – O.Əlixanov, 12