“Barselona” MY-nin ulduz yetirmələrini hədəfə aldı
“Barselona” klubu “Mançester Yunayted”in iki yetirməsi ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “TBR Football” məlumat yayıb.
Məlumata görə, “Barsa” hazırda icarə əsasında “Aston Villa”da çıxış edən ingilis cinah hücumçusu Markos Reşforda və “Marsel”də oynayan Meyson Qrinvuda maraq göstərir.
Bildirilir ki, Birmingem klubu Reşfordun transfer hüququnu 40 milyon avroya almaq imkanına malikdir. “Barselona” isə futbolçunun universallığını yüksək qiymətləndirir.
Qrinvudla bağlı isə “Barselona”nın əsas rəqiblərindən biri “Atletiko”dur. Madrid klubu da ingiltərəli futbolçunu heyətinə qatmaq istəyir.
Aut.az
