Boks

Taysonu Usikə qəsdən uduzdurublar – Atasından şok ittiham

Ağır çəkili boksçu Tayson Fyurinin atası Con Fyuri ukraynalı Aleksandr Usik ilə iki döyüş haqqında fikirlərini bölüşüb.

Xatırladaq ki, Tayson hər iki qarşıdurmada məğlub olub.

Aut.az xəbər verir ki, Con bu barədə “Fury Outr” kanalında bildirib.

“Əvvəlcə onu qeyd etmək lazımdır ki, onun kəmərləri oğurlanıb, elə deyilmi? Çox pul ödəməli olanda sənin çempion qalmağına heç kim razı olmayacaq. Fikrimcə, ona eyni pulu vermək istəməyiblər. Yəqin ki, belədir. Taysona çempion qalsaydı, ona eyni pulu yenidən ödəyə bilməyəcəkdilər”, – Con Fyuri deyib.

Aut.az