Çempionlar Liqası

“Gördüklərimiz Laminin edə biləcəyinin 10 faizi belə deyil”

“Barselona”nın hücumçusu Lamin Yamalın atası Munir Nəsraui oğlunun Çempionlar Liqasının yarımfinal mərhələsinin “İnter”lə ilk oyununda (3:3) çıxışını dəyərləndirib.

Aut.az xəbər verir ki, o, “Dario Sport”a açıqlamasında bu sözləri deyib:

“Onun çox gücü var. 5 yaşından çalışır, heç kim ona mane ola bilməz. Gördüklərimiz onun bacardıqlarının 10 faizini belə təşkil etmir”.

Qeyd edək ki, Milan klubu ilə oyunda 17 yaşlı futbolçu qol vurub və topun iki dəfə dirəyə dəydiyi zərbə endirib.

Bu mövsüm Yamal Kataloniya klubunda 49 oyun keçirib, 15 qol vurub və 24 məhsuldar ötürmə edib.

Aut.az