Sadiq Xan açıqladı: Olimpiadanı 4-cü dəfə qəbul etmək istəyirlər
London meri Sadiq Xan ümid edir ki, şəhər 2040-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizəd olacaq.
Aut.az xəbər verir ki, mer bu barədə yerli mətbuata danışıb.
“Mən idmanı sevən və onun faydalarını görən insanam. Düşündüm ki, onun iqtisadi təsirini qiymətləndirmək üçün bizə hesabat lazımdır.
Mən həmişə Londonu dünyanın idman paytaxtı etmək və mövqeyimizi möhkəmləndirmək istəmişəm. İstər boks olsun, istər NFL, istərsə də MLB, biz basketbolu Londona gətirmək üçün NBA ilə də danışıqlar aparırıq. Hesab edirəm ki, bu çox vacibdir. Və hesabat əldə etdiyimiz iqtisadi dividendləri kəmiyyətlə müəyyən etməyə imkan verir. Mən istərdim ki, London dördüncü dəfə Oyunlara ev sahibliyi edən ilk şəhər olsun”, – Xan deyib.
Bu ərəfədə Britaniya paytaxtının meriyasının hesabatı dərc edilib. Bildirilir ki, ötən il futbol üzrə Çempionlar Liqasının finalı, atletika üzrə Brilyant Liqası və digər tədbirlərə ev sahibliyi etmək 230 milyon funt sterlinq (306 milyon dollar) gəlir gətirib və şəhərə 500 minə yaxın idman azarkeşi cəlb edib.
Olimpiada artıq 1908, 1948 və 2012-ci illərdə Londonda keçirilib.
Aut.az
