ÇL-də yarımfinal həyəcanı Londonda başlayır
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.
Aut.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq. Bu gecə diqqətlər Londona yönələcək.
1/4 finalda turnirin son qalibi “Real”ı mübarizədən kənarlaşdıran “Arsenal” bu mövsüm əla formada olan PSJ-ni qəbul edəcək. İngiltərədəki görüş komandalar üçün olduqca vacibdir. “Topçular” mövsümü titulla başa vurmaq, Paris təmsilçisi isə “Qızıl trebl”ə nail olmaq üçün mübarizə aparır.
Fransa nəhənginin baş məşqçisi Luis Enrikenin heyətlə bağlı heç bir qayğısı yoxdur. Lakin eyni sözləri onun həmkarı Mikel Artetaya aid etmək olmaz. Orta sahə oyuçusu Tomas Parti cəza, daha 6 futbolçu isə zədə səbəbindən meydana çıxa bilməyəcək.
Qeyd edək ki, bu komandalar cari mövsüm Liqa mərhələsində üz-üzə gəlib və bu görüşdə “Arsenal” 2:0 hesablı qələbəyə sevinib.
UEFA Çempionlar Liqası: 1/2 final, ilk oyun
29 aprel
23:00 Arsenal – PSJ
Baş hakim: Slavko Vinçiç
London. “Emireyts” stadionu.
