Latviya ilə oyunumuzun vaxtı bəlli oldu
Azərbaycan millisinin iyunda keçirəcəyi daha bir oyunun vaxtı müəyyənləşib.
Aut.az xəbər verir ki, yığmamız iyunun 7-də Latviyanın qonağı olacaq.
Latviya Futbol Federasiyası qarşılaşmanın başlama vaxtını açıqlayıb. Belə ki, paytaxt Riqadakı “Skonto” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, millimiz Latviya ilə qarşılaşmadan üç gün sonra Bakıda Macarıstan yığmasını qəbul edəcək.
