“Real” 12 titulu olan futbolçusunu göndərir: Madriddə qalacaq
İspaniyalı mərkəz müdafiəçisi Xesus Valyexo bu yay “Real”ı tərk edəcək.
Aut.az xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “kral klubu”nun rəhbərliyi 28 yaşlı futbolçunu komandada görmək istəmir. Onun mövsümün sonunda başa çatacaq müqaviləsi yenilənməyəcək.
Valyexo ilə Madridin digər klubu – “Rayo Valyekano”nun maraqlandığı qeyd edilir.
Xatırladaq ki, “Real”ın heyətində 12 kubok qazanan Xesus bu mövsüm cəmi 1 oyun keçirib və 10 dəqiqə meydanda olub.
Aut.az
