“Neftçi”nin futbolçusu əməliyyat olundu
“Neftçi”nin çiynindən zədə almış futbolçusu Emil Səfərov əməliyyat olunub.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuda bazu oynağının təkrari çıxığı baş verib. Nəticədə, o, Türkiyənin İstanbul şəhərində artroskopik əməliyyat olunub.
Əməliyyatı uğurla başa çatan Səfərovun iki gün sonra Bakıya qayıdacağı, müalicə və bərpa prosesinə, təxminən üç aydan sonra isə məşqlərə start verəcəyi bildirilib.
Səfərov Azərbaycan Premyer Liqasının 29-cu turunda, aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçın gedişində zədələnmişdi.
