“Bavariya” onu alacaq: Virtsi transfer edə bilməsə
“Bavariya” hələ də Xavi Simonsla maraqlanır.
Aut.az xəbər verir ki, jurnalist Florian Plettenberqin sözlərinə görə, idman direktoru Maks Eberl “Leypsiq”in yarımmüdafiəçisini Florian Virtsə alternativ olaraq görür.
Əgər “Bayer”in yarımmüdafiəçisini ala bilməsələr, Münhen klubu bu yay və ya bir ildən sonra Simonsu almağı planlaşdır.
Dünən 21 yaşı tamam olan niderlandlı Bundesliqada 21 oyun keçirib və 9 qol vurub.
Aut.az
