Türkiyə

“Beşiktaş” xal itird

Türkiyə Super Liqasında 32-ci tur davam edir.

Aut.az xəbər verir ki, bu gün 3 oyun keçirilib.

“Kasımpaşa” “Sivasspor” üzərində inamlı qalibiyyət əldə edib. “Trabzonspor” Adana səfərində 3 xalı 1 qolla qazanıb. “Beşiktaş” isə xal itirib. İstanbul nəhəngi “Göztəpə”nin müqavimətini qıra bilməyib.

Türkiyə Super Liqası
32-ci tur
18 aprel

Qalatasaray  Bodrumspor 2:0
Qollar: Torreyra, 29. D.Sançes, 81.

Hatayspor  Konyaspor 2:3
Qollar: Butobba, 8. Parmak, 32 – Yevtoviç, 10. Prip, 70. Ulğun, 90.

19 aprel

Kasımpaşa – Sivasspor 3:1
Qollar:
 Keles, 6. Foll, 34. Kara, 90+9 – Koita, 84.

Adana Dəmirspor – Trabzonspor 0:1
Qol:
 Banza, 45.

Göztəpə – Beşiktaş 1:1
Qollar: 
İsmayıl Köybaşı, 46 – Rafa Silva, 10.

20 aprel

14:30. Başakşəhər – Qaziantep
17:00. Rizəspor – Eyüpspor
20:00. Fənərbağça – Kayserispor

21 aprel

21:00. Alanyaspor – Samsunspor