İngiltərə

De Bruyne “Siti”də qalmaq istəyib? – Təfərrüatlar açıqlandı

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne komandada qalmaq istəyib.

Aut.az xəbər verir ki, o, yaşına baxmayaraq, yüksək səviyyədə oynaya biləcəyinə əmin olub və klubla müqavilənin eyni şərtlərlə uzadılmasının əleyhinə çıxmayıb. Lakin tərəflər arasında razılıq əldə olunmayıb. Bu barədə ESPN məlumat yayıb.

Mənbənin sözlərinə görə, belçikalı ulduz MLS-ə keçməkdə maraqlıdır. Onun agenti də Səudiyyə Ərəbistanının aparıcı klublarının nümayəndələri ilə danışıqlar aparıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu mövsümün sonunda “Mançester Siti”ni tərk edəcəyini açıqlayıb. Komandanın baş məşqçisi Pep Qvardiola isə yolları ayırmaq qərarının klub tərəfindən verildiyini bildirib.

Qeyd edək ki, De Bruyne bu mövsüm bütün turnirlərdə 33 matçda 5 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az