Çempionlar Liqası

“Real”ın penaltisi buna görə ləğv olunub: UEFA açıqladı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Real” və “Arsenal” komandaları arasında keçirilən cavab oyununda penalti ilə ba]l; mübahisəli insident yaşanıb.

Aut.az xəbər verir ki, hakim Fransua Leteksienin fikincə, London təmsilçisinin yarımmüdafiəçisi Deklan Rays Kilian Mbappeyə qarşı kobudluq edib. Bundan sonra “Los Blankos”un lehinə penalti təyin edib.

Hadisəyə VAR müdaxilə edib və yoxlanıldıqdan sonra penalti ləğv edilib. Yayım zamanı hakimin mümkün oyundankənar vəziyyətə görə qərarını dəyişdiyi bildirilsə də, UEFA-nın saytında vəziyyətlə bağlı aydın izahat verilib:

“Qərar ləğv edilib, penalti təyin edilməyib.“Arsenal”ın 41 nömrəli futbolçusu rəqibə qarşı kobudluq etməyib”.

Aut.az