Digər

Bu ölkədə sabiq çempionun iki avtomobilini oğurlayıblar

Yüngül çəkidə WBA Super, IBF və WBO versiyaları üzrə keçmiş çempion Sergey Kovalyev ABŞ-da yaşayarkən avtomobillərinin oğurlanması haqda danışıb.

Aut.az xəbər verir ki, Kovalyev bu barədə Rusiya mətbuatına müsahibəsində deyib.

“Küçə sistemi belə işləyir. Bizim ərazimiz sakit görünür, amma üzünü çevirsən, maşının yoxa çıxa bilər. Məsələn, onu qaraja salmayıbsansa və qapını açıq qoyubsansa. Məlum oldu ki, mən maşının qapısını açıq qoymuşam… və tapmaq çətindir. İkinci maşını isə tapdılar. Polis bölməsindədir və mən edib onu götürməliyəm.

Amma daha ona ehtiyacım yoxdur. Onunla 10.000 mil qət ediblər. Sığorta şirkəti ilə bağlanmış müqaviləyə əsasən onun tapılması üçün 90 gün vaxt verilir. Və onu 90-cı gündə tapdılar. Zəng edib deyirlər: “Gəl apar”. Cavab verirəm ki, artıq buna ehtiyacım yoxdur və mənə deyirlər: “Belə bir şey yoxdur. Maşın, sənin məsuliyyətindədir, gəl götür”.

Mən görmədiyim halda, hələ də o avtomobilə görə pul ödəməyə davam edirəm. Ümid edirəm ki, bu, sonuncu olacaq”, – Kovalyev bildirib.

Aut.az