Əfsanə oğlunun hesablarını bloklayıb: Qumar oynayırmış, xeyli borcu olub
İtaliya futbolunun əfsanəsi Andrea Pirlo 2022-ci ildə mərc oynadığı üçün külli miqdarda borca görə oğlunun hesabını bloklayıb.
Aut.az xəbər verir ki, “Yuventus”un və “Milan”ın keçmiş yarımmüdafiəçisi oğlunun qanunsuz onlayn mərclər nəticəsində 30 min avro borcu olduğunu aşkar etdikdən sonra bunu etməyə məcbur olub.
“Corriere della Sera” xəbər verir ki, Pirlonun oğlunun Faqioli, Tonali və qeyri-qanuni onlayn mərc oyunları ilə bağlı istintaqda iştirak edən digər futbolçuların istifadə etdiyi eyni qanunsuz platformalarda oynadığı güman edilir. Tonali və Faqioli artıq mərc oynadıqlarında iştirak etdikləri üçün cəzalandırılıblar və əlavə cəza riski altında deyillər. Onların səlahiyyətlilərlə əməkdaşlığı yeni araşdırmaya səbəb olub.
Aut.az
