“Tottenhem”in yeni direktoru o olacaq – 14 il “düşmən” tərəfdə olub
“Arsenal”ın keçmiş baş direktoru Vinai Venkateşam yayda “Tottenhem”ə keşəcək.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, əvvəllər “Tottenhem”in əzəli rəqibi “topçular”ın idarə heyətində 14 il keçirib və ötən mövsümün sonunda ayrılıb.
Bundan əvvəl Venkateşam London 2012 Olimpiya Təşkilat Komitəsinin və Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olub.
Hazırda Britaniya Olimpiya Assosiasiyasının Qəyyumlar Şurasının üzvüdür.
Aut.az
