Azərbaycan futbolu

AFFA-nın gəlirləri: SOCAR neçə milyon ayırıb?

AFFA-nın Maliyyə və Mühasibat Departamentinin hesabatı təqdim olunub.

Aut.az xəbər verir ki,qurumun bu gün keçirilən Hesabat Konfransında milli assosiasiyaya 2024-cü il üçün ayrılan vəsaitin məbləği açıqlanıb.

AFFA ötən il ərzində 44 milyon 347 min 238 manat gəlir əldə edib. Baş sponsor SOCAR tərəfindən quruma 13 milyon manat maliyyə vəsaiti ayrılıb.