Avropa Liqası

Avropa Liqası: “Qarabağ”ın məğlub etdiyi komanda yenə sensasiya edəcək?

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

Aut.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə keçiriləcək.

İlk qarşılaşma Norveçdə baş tutacaq. “Qarabağ”ın liqa mərhələsində məğlub etdiyi yeganə komanda olan və sensasiyalı şəkildə bu mərhələyə qədər irəliləyən “Bodo/Qlimt” “Latsio”nu qəbul edəcək. Bu görüş 20:45-də başlayacaq.

Digər 3 matç isə 23:00-a təyin edilib. İngiltərə təmsilçilərindən “Mançester Yunayted” “Lion”un qonağı olacaq, “Tottenhem” isə “Ayntraxt”ı qəbul edəcək. Digər qarşılaşmada isə “Reyncers” və “Atletik” üz-üzə gələcək.

Qeyd edək ki, cavab oyunları aprelin 17-də baş tutacaq.

UEFA Avropa Liqası: 1/4 final, ilk oyunlar
10 aprel
20:45 “Bodo/Qlimt” – “Latsio”
23:00 “Lion” – “Mançester Yunayted”
23:00 “Tottenhem” – “Ayntraxt”
23:00 “Reyncers” – “Atletik”