40 yaşlı Ronaldodan karyerası ilə bağlı önəmli qərar
40 yaşlı Kriştiano Ronaldo “Əl-Nəsr”lə müqaviləsini daha iki il uzadıb.
Aut.az xəbər verir ki, bu barədə “Sportitalia” məlumat yayıb.
Portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanı klubuna 2023-cü ilin qışında keçib. Bu müddət ərzində 40 yaşlı forvard bütün yarışlarda 98 oyun keçirib, 88 qol vurub və 19 məhsuldar ötürmə edib.
Bu mövsüm Ronaldo bütün turnirlərdə 34 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.
Aut.az
