Sneyder “Real”ın kobud səhvlərini göstərdi: İlk qolda canlı sədd…
Uesli Sneyder “Arsenal”la oyunda “Real”ın futbolçularının kobud səhvlərindən danışıb.
Aut.az xəbər verir ki, Sneyder Deklan Raysın cərimə zərbəsindən vurduğu qollar zamanı “Real Madrid”in futbolçularının səhvlərə yol verdiyini bildirib.
“İlk qolda canlı sədd səhv qurulmuşdu. Sağ əlli oyunçunun bu küncdən vurmasına heç vaxt icazə verilməməlidir. Bu qadağandır.
Deyəcəklərim bir az qəribə görünəcək. Divarı sola çox çəkmişdilər. .
Mən ikinci qolla bağlı da şərh vermək istəyirəm. Məsafə kifayət qədər böyük idi. Təkrardan görünür ki, Kurtua sağa addım atır. Nəticədə onun heç bir şansı qalmadı.
Məhz ilk qolun qeyri-müəyyənliyi səbəbindən risk etmək qərarına gəldi. “İndi top divarın üstündən keçsə, şansım olmayacaq” deyə düşündü. Amma o, sadəcə öz küncündə dayanıb səddə güvənsəydi, uğur qazanardı”, – Niderland millisinin keçmiş oyunçusu “Ziggo Sport”da deyib.
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Arsenal” “Real”a 3:0 hesabı ilə qalib gəlib. Rays cərimə zərbələrindən iki qol vurub.
Aut.az
