Meydana niyə reklamsız forma ilə çıxıb?
“Lester Siti”nin hücumçusu Ceremi Monqa 15 yaşında İngiltərə Premyer Liqasında debüt edib.
Aut.az xaəbər verir ki, o, 31-ci turun “Nyukasl”la oyununda (0:3) meydana çıxıb. Gənc futbolçu 74-cü dəqiqədə əvəzetmədən şans qazanıb.
Monqa Premyer Liqanın ən gənc debütantı ola bilməyib. Buna səbəb onun bu rekorda sahib olan “Arsenal”ın yarımmüdafiəçisi Ethan Nvaneridən (15 yaş 181 gün) 90 gün yaşlı olmasıdır. O, buna 2022-ci ilin sentyabrında nail olub.
Bunla belə Ceremi bu göstərici üzrə ikinci futbolçu kimi tarixə düşüb.
Maraqlıdır ki, Monqa “Lester”in titul sponsoru olmayan forma geyinib. İngiltərədə 18 yaşdan kiçik oyunçulara qumar reklamı qadağandır. Klubun baş sponsoru onlayn kriptovalyuta kazinosudur. Buna görə o, debüt oyununa reklamsız forma ilə çıxıb.

