Əfsanə onun rekordunu qıran Oveçkinin qulağına nə pıçıldayıb? – VİDEO
NHL-in adi mövsüm matçında – “Nyu York Ayleners” “Vaşinqton Kapitals” görüşündə tarixi hadisə yaşanıb.
Aut.az xəbər verir ki, paytaxt klubunun qolunu Aleksandr Oveçkin bu oyunda qol vurub. 39 yaşlı rusiyalı üçün bu qol onun karyerasında dünyanın ən güclü liqasının müntəzəm çempionatlarında 895-ci olub. Bununla da, Oveçkin əfsanəvi Ueyn Qretskinin rekordunu (894) qırıb.
Bu qoldan dərhal sonra NHL Oveçkin və ailəsinin şərəfinə tədbir təşkil edib. Əfsanəvi Qretsdki də Oveçkini təbrik edib.
Matçın yayımında kanadalının rusiyalıya yaxınlaşıb qulağına nəsə pıçıldadığı fraqment yer alıb. Daha sonra liqa, Oveçkin xüsusi gizli mikrofon taxdığı üçün onun sözlərinin səsyazmasını sosial mediada yerləşdirib.
“Bu, əla idi və qol da əla idi”, – Qretski deyib və rusiyalını qucaqlayıb. Oveçkin cavabında kanadalıya təşəkkür edib.
Aut.az
