Hələ ki, həyatdan həzz alır: Mütləq çempion kiminlə döyüşəcək?
Yüngül çəkidə (79,2 kq-a qədər) boks üzrə mütləq dünya çempionu, rusiyalı Dmitri Bivol həmyerlisi Artur Beterbiyevlə üçüncü döyüşü keçirməyi planlaşdırdığını bildirib .
Aut.az xəbər verir ki, Bivol bu barədə “Ushataika” YouTube kanalında deyib.
“Mən indi bu vəziyyətdəyəm… Sağlamlığımı bir az da bərpa edirəm, həyatdan həzz alıram, uşaqlarım, dostlarım və valideynlərimlə vaxt keçirirəm. Növbəti rəqib barədə hələ çox düşünmürəm, amma başa düşürəm ki, məni Artur Beterbiyevlə trilogiya gözləyir. Yəni bu, mənim beynimdə oturur, bu söhbəti bağlamaq lazımdır.
Kanale, Benavideslə də potensial döyüşlər var. Bu üç döyüş. Və bir az uzaqda mənim də bir kreyserim var”, – Bivol deyib.
Aut.az
