Dünya futbolu

Bekhem yubileyini kral kimi qeyd edir

Mayın 2-də Devid Bekhemin 50 yaşı tamam olur.

Aut.az xəbər verir ki, əfsanəvi futbolçunun ad gününə bir ay qalsa da, o, artıq yubileyini qeyd etməyə başlayıb və bir neçə şənlik təşkil edib.

İnsayderlər bildiriir ki, hər bir mərasim gecə saatlarına qədər davam edir. Qonaqlara xüsusi yeməklərdən dadmaq, eləcə də qeyri-məhdud şəkildə eksklüziv kokteyllər təklif olunur. Lakin Bekhem əsas tədbiri yalnız ən yaxın dostları ilə keçirməyi planlaşdırır.

Bekhem 50 illik yubileyini dəbdəbəli qeyd edəcək. Ailəsi və dostları üçün böyük şam yeməyi verəcək, sonra bütün günü Viktoriya, valideynləri və uşaqları ilə keçirəcək. Xanımının onun üçün xüsusi planı olduğu bildirilir.

Aut.az