“Bavariya”da onun işindən narazıdırlar
“Bavariya”nın müşahidə şurasının üzvləri Uli Hennes və Karl-Haynts Rummenigge idman direktoru Maks Eberlin işindən razı deyillər.
Aut.az xəbər verir ki, bu barədə “Sky Sport Deutschland” məlumat yayıb.
Onlar yayda baş məşqçi seçimi prosesinə müdaxilə etməli olublar, müqaviləsi uzadılan futbolçuların yüksək maaşları, bəzi uğursuz transferlər də var.
Eyni zamanda, Eberlin fərdi təşəbbüsləri bloklanıb (o cümlədən keçən yay Conatan Tahın alınması) və indi o, “Bayer”dən Florian Virtsi almaq üçün təzyiq altındadır. Tərəflər arasındakı münasibət soyuqdur.
“Bavariya”nın Mario Qomesi (“Red Bull”un texniki direktoru), Ralf Ranqnik (Avstriya yığmasının baş məşqçisi) və Markus Kroşeni (“Ayntraxt Frankfurt”un idman direktoru) transfer etməyi düşündüyü bildirilir.
Aut.az
