Boks

Onunla döyüşməyə razıdır: Geri qayıtdığımı sübut etməliyəm

Amerikalı boksçu Deontey Uaylder 2025-ci il üçün planlarından danışıb.

39 yaşlı Uaylder (43-4-1) növbəti döyüşündə Tayrell Herndon (24-5) ilə döyüşəcək.

Aut.az xəbər verir ki, Uaylder bu barədə “Boxing Scene”a müsahibəsində deyib.

“Sağlamlığımı bərpa etmək üçün uzun bir yol qət etmişəm. Nə vaxtsa çiynindən zədə alan hər kəs bilir ki, bu, uzun müddət tələb edir. Və mən bu prosesdən iki dəfə keçməli oldum. Bədənimdə ciddi problemlər var idi, sərt reallıqla üzləşməli oldum. Amma özümə qarşı dürüst idim və lazımi addımları atdım. İndi tam sağlamam.

Coşua ilə döyüşmək? Bu il yox, bəlkə gələn il. Hal-hazırda özümü toparlamalı və geri qayıtdığımı sübut etməliyəm. Herndon bunun üçün idealdır. Bu il üç döyüş keçirməyi hədəfləyirəm”, – Uaylder deyib.

Aut.az