Türkiyə

Mourinyonu hansı cəza gözləyir?

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ın çalışdırıcısının burnundan yapışdığına görə (1:2) mövsümün sonuna kimi diskvalifikasiya oluna bilər.

Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

İndi intizam komitəsi Mourinyonun cəzalandırılması üçün iki variantı nəzərdən keçirir. Komitə bunun hücum olduğuna qərar verərsə, o zaman cəza 10 oyunluq diskvalifikasiyaya çata bilər.

Həmçinin, insident qeyri-idman davranışı kimi qiymətləndirilə bilər. Bu halda Mourinyo 3 oyunluq diskvalifikasiya və 50-100 min türk lirəsi arasında cərimə ala bilər.

Qeyd edək ki, bu mövsüm Mourinyo “Qalatasaray”a qarşı səsləndirdiyi irqçi fikirlərə görə artıq 4 oyunluq cəzalanıb.

Aut.az