“Çelsi” “Barselona”nın müdafiəçisini hədəfə aldı
“Çelsi” bu yay “Barselona”nın müdafiəçisi Jules Koundeni transfer etməyə hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə “Football Espana” məlumat yayıb.
Qeyd olunur ki, “mavilər” danışıqlardan müsbət nəticə əldə etmək üçün hər cür səy göstərməyə çalışacaqlar.
Son məlumata görə, Barça Kunde ilə anlaşmanı uzatmaq niyyətindədir və artıq prinsipial razılığa gəlib. 26 yaşlı futbolçunun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədərdir.
Aut.az
