Azərbaycan millisi məğlub oldu
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində sonuncu oyununu keçirib.
Aut.az , Xorvatiyada təşkil olunan turnirdə yığma Türkiyə ilə üz-üzə gəlib.
Omiş şəhərindəki Ribnyak İdman Sarayında baş tutan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:1.
Qeyd edək ki, İlqar Aslanovun baş məşqçisi olduğu kollektiv daha əvvəl Bosniya və Herseqovinaya 2:10 hesabı uduzub, Xorvatiya ilə heç-heçə edib – 3:3.
