Maaş və lüks vergi limiti artırılacaq
NBA komandalara 2025/26 mövsümü üçün maaş həddini 10% artırmaq niyyətində olduğunu bildirib.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Gələn mövsüm üçün maaş artımı icazə verilən maksimumdur və NBA-nın keçən iyun ayında komandalara göndərdiyi proqnozlara uyğundur. Klublara göndərilən məktubda liqa maaş limitinin 154,6 milyon dollar, lüks vergi həddinin isə 187,9 milyon dollar olacağını bildirib.
Bundan əlavə, birinci sərt limit 195,9 milyon dollardır. İkinci limitin isə bu mövsümdən 17,8 milyon dollar artaraq 207,8 milyon dollar olacağı proqnozlaşdırılır.
Bundan əlavə, lüks vergi ödəməyən komandaların ödəyən 10 klubdan 11,5 milyon dollar alacağı bildirilib.
Aut.az
