Bu idman növündə Çempionlar Liqası ləğv edildi
Trek Velosipedi üzrə Çempionlar Liqası başlamasından 4 il sonra ləğv edilib.
Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (Union Cycliste Internationale – UCI) məlumat yayıb.
Gələcəkdə UCI daha çox “Track Nations Cup” turnirinə diqqət ayırmağı planlaşdırır. Yarışın sistemi yenidən təşkil olunacaq və 2026-cı ildən trek velosipedi üzrə Dünya Kuboku adlanacaq. Turnir üç mərhələdən ibarət olacaq. Dünya Kuboku Dünya Çempionatına və Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün həlledici yarış olacaq.
Çempionlar Liqası 2021-ci ildə təsis edilib. Onun məqsədi xüsusi şoular və sürətli format vasitəsilə bu idman növünə yeni azarkeşləri cəlb etmək idi.
“Növbəti üç il ərzində biz bütün diqqətimizi trek üzrə Dünya Kubokunun işıqlandırılmasına yönəldəcəyik. Əminəm ki, trek velosipedi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına qədər populyarlığını artırmaqda davam edəcək”, – deyə UCI prezidenti David Lappartient bildirib.
Aut.az
